Cəlilabad sakinini əqrəb sancıb.

"Unikal"ın report-a istinadən məlumatına görə, hadisə Kövüzbulaq kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1934-cü il təvəllüdlü Camalxan Mahmudov əqrəb sancması ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Xəstənin dediyinə görə, onu əqrəb sancıb.