Tovuzda ilanın vurduğu qadın xəstəxanada ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Vahidli kəndində  dağlıq ərazidə  qeydə alınıb.

Belə ki dağlıq ərazidə moruq yığan Vahidli kənd sakini 1991-ci il təvəllüdlü Xanım Mehdiyevanı ilan sancıb. Qadın yaxınları tərəfindən xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov