Bakıda və Abşeron yarımadasında avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38° isti, bəzi yerlərində 40° isti, dağlıq ərazilərdə 25-30° isti olacağı gözlənilir.
*** 12:29
Avqustun 6-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.