Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol Dumasının deputatını həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, millət vəkili Stavropoldakı restoranlardan birində keçmiş məmura 50 milyon rubl rüşvət verərkən yaxalanıb. O, bunun müqabilində məmurdan cinayət işinin bağlanmasına kömək etməyi tələb edib.
Deputat barəsində dələduzluğa cəhd maddəsi ilə cinayət işi açılıb.
Hazırda o, həbs edilib.
Zərifə Nağıyeva