Tehranın Moskva ilə əlaqələrinin inkişafı İranın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və iki ölkə arasında razılaşmaların icrasını sürətləndirmək lazımdır.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə İranın paytaxtında görüşü zamanı deyib.
İran prezidenti həmçinin bildirib ki, Vaşinqtonun rəhbərlik dövrü başa çatıb və Tehran və Moskvanın dünyada çoxqütblülüyün yayılması üçün əməkdaşlığı qlobal səviyyədə təhlükəsizliyi artıracaq.
Pezeşkian, həmçinin, iki ölkə arasında regional və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.