Almaniyaya köçməyə qərar verdim.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.
27 yaşlı forvard “Nürnberq”ə keçidini şərh edib. O, Almaniya təmsilçisinin saytına bildirib ki, zədəsinin sağalmasını səbirsizliklə gözləyir:
“Son bir neçə gündə ərazi ilə tanış oldum və bu məndə yaxşı təəssüratlar yaratdı. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Klubda sağlamlığımı bərpa etmək üçün əla şərait var. “Nürnberq”də meydana çıxacağım vaxtı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Mahirin son klubu son klubu Zaqreb "Dinamo"su olub. O, “Nürnberq”lə 1 illik müqavilə imzalayıb.
*** 17:30
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasına transfer olunub.
"Unikal" xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.
M. Emreli son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edib.