Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.