Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, o bu barədə "Frans-Press" agentliyinə müsahibəsində bildirib.
“Məni müvəqqəti hökumətin başında görmək istəyən etirazçıların etimadı məni duyğulandırdı, mən həmişə siyasətdən uzaq olmuşam, amma bu gün ölkəm, xalqım naminə hərəkət etmək lazımdırsa, bu məsuliyyəti qəbul etməyə hazıram”, - deyə Yunus bildirib.
O, həmçinin, Banqladeşdə azad seçkilərə çağırıb.