Amerikalı tennisçi Serena Uilyamsı Parisdə restorana buraxmayıblar.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
“Uşaqlarımla boş bir restoranda yemək yeyə bilməyim üçün restoranın boş terrasına çıxmağım qadağan edildi. İlk dəfədir ki, bu mənim başıma gəlir”, - deyə Uilyams şikayətlənib.
İdmançı 2023-cü ilin avqustunda ikinci dəfə ana olub. O, erməni iş adamı Aleksis Ohanyandan Adira adlı qız övladı dünyaya gətirib. Cütlüyün 2017-ci ildə anadan olan Olimpiya adlı daha bir qızı var.