Atdan yıxılan 16 yaşlı qız ağır xəsarət alıb.
"Unikal" xəbər verir ki, Qax rayonuna istitahət üçün gələn Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Rəsulzadə Həmidə Fazil qızı rayonun İlisu kəndində at sürmək istəyib. H.Rəsulzadə at sürən zaman daşlı-çınqıllı yerə yıxılaraq ağır bədən xəsarətləri alıb.
16 yaşlı qız Qax rayon Mərkəzi Xəstəxanasına catdırılıb. Müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Seymur Əli