Harvard Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, qadınlar kişilərdən daha sağlam qocalır.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Tədqiqatçılar əlli yaşdan yuxarı bir çox könüllünün sağlamlığı və həyat tərzi ilə bağlı məlumatları təhlil ediblər. Onlar effektiv və sağlam qocalmağa kömək edən dörd əsas amili müəyyən ediblər: Xroniki xəstəliklərin olmaması, sabit psixi vəziyyət, zehni sağlamlığın qorunması və müntəzəm sosial ünsiyyət.
Məlum olub ki, iştirakçıların yalnız 11,9%-i (demək olar ki, hər on nəfərdən biri) bu meyarlara cavab verir.
Alimlər, həmçinin, hesablayıblar ki, sağlam həyat tərzi keçirənlərin yaxşı qocalma ehtimalı 3,5 dəfə çoxdur. Sağlam həyat tərzi balanslaşdırılmış qidalanma, müntəzəm idman, siqaretdən imtina və spirtli içkilərin az miqdarda istehlakı deməkdir.
Tədqiqatın nəticələri qadınların kişilərlə müqayisədə sağlam qocalma ehtimalının 29% daha çox olduğunu aşkar edib.
Zərifə Nağıyeva