Ermənistan Azərbaycanla sərhəddə Kirants və Berkaber kəndlərində silah-sursat zərərsizləşdirəcək.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) yerli sakinlərə xəbərdarlıq edib.
Məlumatda qeyd olunub ki, silah-sursatın zərərsizləşdirilməsi yerli vaxtla saat 12:00 - 14:00 arasında həyata keçiriləcək.
Ermənistan (MN) ümumilikdə 10 partlayış işlərinin görüləcəyini bildirib və yaxın ərazilərin sakinlərini təşvişə düşməməyə çağırıb.