Göyçayda 39 yaşlı kişinin üzərinə beton aşıb.

"Unikal" xəbər verir ki, 1985-ci il təvəllüdlü Ucar rayon sakini İsgəndərov Səxavət Aydın oğlu şəhər ərazisində köhnə tikilidə dəmir yığan zaman onun üzərinə beton düşüb.

Ağır xəsarət alan S.İsgəndərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.