Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov faciəvi şəkildə vəfat edib.

"Unikal"ın məlumatına görə, o, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Xəqani Aslanov 1992-ci ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar.