Türkiyənin 2 şəhərində meşə yanğını qeydə alınıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Muğla şəhərinin Milas ərazisində başlayıb.
Bildirilir ki, gündüz saatlarında havadan 6 təyyarə, 8 helikopter ilə, hava qaraldığı zaman isə quru yolu ilə çox sayda yanğınsöndürən maşın, sosial hadisələr üçün müdaxilə vasitəsi (TOMA), müxtəlif qeyri-hökümət təşkilatlarının könüllüləri və vətəndaşlar da yanğına müdaxilə edib.
Qeyd edək ki, eyni hadisə Aydın şəhərinin Germencik bölgəsində də baş verib. Zeytun bağında başlayan yanğın güclü küləyin təsiri ilə meşəlik əraziyə də keçib.
Əraziyə müxtəlif qruplar sövq edilib.
Fidan Nuriyeva