Bakıda mənzildən oğurluq olub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mənzillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub:
"Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Pərviz Məmmədov müəyyən olunaraq saxlanılıb".
Məlumatda qeyd edilib ki, şəxsi axtarış zamanı ondan narkotik vasitələr olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
"Saxlanılan şəxslə bağlı aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir" -deyə məlumatda qeyd edilib.