Ötən il "Titanik" gəmisinin qəzaya uğradığı yerə ekspedisiya zamanı partlayaraq batan Amerikanın "OceanGate" şirkətinə məxsus sualtı qayıqda həyatını itirən 5 nəfərdən biri olan fransız Pol-Henri Nargeoletin ailəsi şirkətə qarşı təzminat davası qaldırıb.
"Unikal" xəbər verir ki, ailə şirkəti səhlənkarlıqda ittiham edib.
Nargeolet ailəsinin vəkili Matt Shaffer, "OceanGate"in həmtəsisçilərindən olan və səyahəti təşkil edən Stockton Rushın ekipaj və sərnişinlərə bildiyi təhlükələr haqqında açıq danışa bilmədiyini iddia edib.
Qayıqda həyatını itirən Nargeoletin ailəsi şirkətə qarşı 50 milyon dollarlıq iddia qaldırıb.
Zərifə Nağıyeva