UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Sabah" səfərdə İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, "Tallqat" stadionundakı matçda meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmada yeganə qolu 35-ci dəqiqədə Romal Palmer təmsilçimizin qapısından keçirib.

Qeyd edək ki, "Sabah" və "Sent Patriks Atletik"arasındakı cavab qarşılaşması avqustun 15-i "Bank Respublika Arena"da reallaşacaq.