Naxçıvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Əlincə məhəlləsində baş verib. Naxçıvan şəhər Qaraçuq kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Nəsir Cahangir oğlunun idarə etdiyi 77-KY-516 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil yolu keçən Seyidova Ofelya Mirabdulla qızını vurub.

Zərərçəkmiş Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.