Sumqayıtda mənzildə partlayış baş verib.

"Unikal" xəbər verir ki, hadisə "Betonzavod" adlanan ərazidə qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Nağıyev Turac Telman oğlu kirayə qaldığı mənzildə baş vermiş partlayış nəticəsində termiki yanıq xəsarıtləri alıb.

O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.