Plastik əməliyyat üçün Türkiyəyə gələn ingilis model Keti Prays ölkəsinə qayıdan kimi hava limanında saxlanılıb.
“Unikal” xəbər verir ki, o, barəsində qaldırılan borc işi üzrə məhkəmə iclasında iştirak etmədiyi üçün hava limanında polis tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, dünən gecəni həbsdə keçirən 46 yaşındaki modelin bu gün məhkəmə qarşısına çıxacağı bildirilib.
Fidan Nuriyeva