"Barselona" heyətinə yeni futbolçu cəlb edib.
"Unikal" xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb.
"Blauqrana" Almaniyanın "Leyptsiq" klubundan Dani Olmonu alıb.
26 yaşlı yarımmüdafiəçinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atacaq.
Qeyd edək ki, Olmo İspaniya millisi ilə AÇ-2024-ün qalibi adını qazanıb. O, ötən mövsüm "Leyptsiq" forması ilə 25 oyunda meydana çıxaraq 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub.