HƏMAS-ın komandirlərindən olan Samer əl-Hac hava hücumu nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.
Məlumata görə, İsrailə məxsus PUA Livanın Sayda şəhərində avtomobili vurub. Nəticədə Hac ölüb, avtomobildə olan daha bir nəfər isə yaralanıb.