Tanınmış tarzən Rövşən Zamanov vəfat edib.

"Unikal" xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Zamanov bir müddət Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışıb.