Ağdamda 4 otaqlı evdə yanğın hadisəsi baş verib

"Unikal" xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Rayon sakini Baxışov Asəf Albert oğluna məxsus evdə baş verən yanğın zamanı evdə olan əşyalar yanıb ev yararsız vəziyyətə düşüb.

Hadisə yerinə gələn FHN-nin yanğınsöndürən bölməsinin əməkdaşları yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb. İlkin məlumata görə, yanğına səbəb elektrik xətlərində yaranan qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma başlanıb.