Sonuncu dəfə "Üç kız kardeş" serialında rol alan aktürk Gökberk Dəmircinin yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Yalan" serialında rol alacaq. Aktyor layihədə prokuror "Yaman" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Aslıhan Günerlə Feyyaz Duman paylaşacaq.