Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Olimpiya Oyunlarında bürünc medal qazanmış ölkənin sərbəst güləş yığmasının üzvü Giorgi Meşvildişvili gurultulu alqışlarla qarşılanıb.

"Unikal" xəbər verir ki, idmançı özü də sevinc göz yaşlarını saxlaya bilməyib və dəstəyə görə hər kəsə təşəkkür edib.