Şimali Koreya lideri Kim Çen In ölkənin şimal-qərbində daşqının vurduğu zərərin ödənilməsi üçün ölkələrin və beynəlxalq təşkilatların yardım təkliflərini rədd edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Kim ölkələrə və beynəlxalq təşkilatlara humanitar yardım və dəstək təkliflərinə görə təşəkkür edib və daşqınların vurduğu ziyanı kənardan kömək almadan aradan qaldıracaqlarını bildirib. Cənubi Koreya, UNICEF, Rusiya və Çin Şimali Koreyaya daşqın üçün yardım təklif ediblər.
Şimali Koreya daşqınlar səbəbindən müvəqqəti sığınacaqlarda qalan zərərçəkənlərlə şəxsən görüşüb və onlara dəstək vəd edib.
O, qarşıdakı aylarda təxminən 15 min insanın paytaxt Pxenyana gətirilə biləcəyini və zərərçəkənlərə hər sahədə dəstək olacağını bildirib.