ABŞ prezidenti Co Bayden CBS telekanalına müsahibəsində ABŞ Konqresinə seçkilərdə Demokratlar Partiyasındakı həmkarlarına zərər verməmək üçün ən yüksək hökumət postu uğrunda mübarizədən geri çəkildiyini bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Nümayəndələr Palatasında və Senatdakı bir sıra Demokratlar qarşıdan gələn seçkilərdə onlara zərər verə biləcəyinə qərar verməsəydilər, o və komandası işi qalibiyyətlə yekunlaşdırardı.
Prezident əlavə edib ki, əgər o, yarışda qalsaydı, bu, müzakirə mövzusu ola bilərdi. Bundan əlavə, Bayden ilk dəfə seçilərkən özünü keçid dövrünün prezidenti hesab etdiyini söyləyib. ABŞ rəhbəri qeyd edib ki, onun əsas məqsədi demokratiyanı qorumaqdır.