Avqustun 11-də amerikalı pop müğənni Madonna və britaniyalı rejissor Qay Riççinin oğlu Rokko Riçinin 24 yaşı tamam olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə müğənni "Instagram" səhifəsində Rokkonun böyüməsini və həyatının müxtəlif sahələrini əks etdirən iki video və 18 fotoşəkildən ibarət təbrik yazısı paylaşıb.
Qeyd edək ki, 65 yaşlı məhşur təbrikində "Ad günün mübarək, Rokko! Çox saylı əhval və təcəssümlərinlə uzun yolun təlatümlü və sürprizlərlə dolu oldu. Amma bütün bunlara baxmayaraq, sənin marağın və sənətçi ruhun bizi bir yerdə saxlayan yapışqan oldu. Sənətin üçün Allaha şükürlər olsun! Sənin üçün Allaha şükürlər olsun. Biz bir çox həyatda birlikdə olmuşuq.Məni yenidən seçdiyin üçün təşəkkür edirəm. Səni əbədi olaraq sevirəm!" ifadələrindən istifadə edib.