İranın qərbi İslamabad bölgəsində baş verən partlayış nəticəsində 4 nəfər həlak olub. 

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, partlayış zamanı bir neçə ev yararsız vəziyyətə düşüb, 8 nəfər yaralanıb.

Bölgənin qubernatoru bunu qaz sızması ilə əlaqələndirsə də, Kirmanşah Qaz Şirkəti qaz şəbəkəsinin təhlükəsiz olduğunu açıqlayıb. Şəhərin yanğınsöndürmə rəisi bildirib ki, dağıntıların miqdarına görə, partlayışın səbəbi məlum deyil. 

Bildirilib ki, həmin ərazidə SEPAH hərbi təlim keçirir. Yerli KİV evlərin SEPAH tərəfindən səhvən vurulduğunu iddia edib. 

Bundan əvvəl şəhərdə eşidilən partlayış səsləri ilə bağlı qeyd olunub ki, Nəcəf Əşrəf Regional Bazasının 62 Momenun Artilleriya və Raket Qrupu hərbi bazanı qorumaq və yaxşılaşdırmaq üçün əməliyyat keçirir. 

Ağarza Elçinoğlu