Meyvə və tərəvəzlər tərkibində olan faydalı birləşmələr sayəsində orqanizmin ehtiyacı olan vitaminləri almağa kömək edir. İmmunitetinizi güclü saxlamaq və xəstəliklərə qarşı müqavimət göstərmək üçün C vitamini olduqca vacibdir. Lakin bir meyvə var ki, tərkibindəki C vitamini ilə digərlərindən fərqlənir.
"Unikal" C vitamini ilə zəngin olan meyvənin faydalarını təqdim edir:
C vitamini çatışmazlığı diş ətinin qanaması, yorğunluq və dəri problemləri kimi əlamətlərlə özünü göstərə bilən sinqa adlı xəstəliyə səbəb ola bilər. C vitamini ümumiyyətlə meyvə və tərəvəzlərdə, xüsusilə portağal, kivi, çiyələk, brokoli və bibərdə olur. C vitamininin ən güclü mənbələrindən biri də liçi meyvəsidir. C vitamini ilə zəngin olan liçi qabığı ilə yeyildikdə qrip infeksiyalarının qarşısının alınmasında mühüm rol oynayır. Tərkibində A, B1, B2, B3 və kalsium olan liçi sinir sisteminin nizamlı işləməsini təmin edir.
Çox yaxşı bir C vitamini mənbəyi olan liçi, A və B6 vitamini ilə təbii antidepresan kimi çıxış edir. O, həmçinin, protein və lif mənbəyi kimi arıqlamağa kömək edir. Xüsusilə pəhriz saxlayanlara liçi yemək tövsiyə olunur. Tərkibindəki polifenol ilə antioksidant kimi fəaliyyət göstərir.
Liçi, eyni zamanda, ürək sağlamlığını qorumağa kömək edir, pis xolesterolu azaldır. Dərini cavanlaşdırır və bədənin elektrolit səviyyəsini tarazlaşdırır. Lifli quruluşu sayəsində maddələr mübadiləsini sürətləndirir, təzyiqi aşağı salır və arıqlamağa kömək edir.
Zərifə Nağıyeva