Müğənni Hadisənin "Qalatasaray"ın baş məşqçisi Okan Burukla sevgili olduğu iddia olunub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, cütlük bir müddətdir ki, birlikdədir lakin ictimaiyyətdən gizlədirlər. Qeyd edək ki, Okan Buruk həyat yoldaşı Nihan Burukdan 2024-cü ilin fevralında boşanıb.
Müğənni Hadisə isə ötən aylarda özündən yaşca kiçik olan iş adamının oğlu ilə sevgili olduğu bildirilmişdi.