Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb.

S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

***

11:49

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə qaraçılar məhələsində qeydə alınıb.

Belə ki, kişi arvadına ağır xəsarət yetirib. Qadının vəziyyəti ağırdır. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov