Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***13:34

Mingəçevir sakini Goranboyda su anbarında batıb.

"Unikal" xəbər verir ki, Mingəçevir kənd sakini 45 yaşlı Hüseyinov Sadiq Raqib oğlu su anbarında çimərkən batıb.

FHN-in kiçik həcmli gəmilərlə sulara nəzarət bölməsinin xilas ediciləri batan şəxsin meyitini taparaq aidiyyatı üzrə təhvil verib.