ABŞ ordusuna məxsus 80-dən çox “M1A2 Abrams” tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına keçirilib.

"Unikal" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, tanklar ABŞ-nin Almaniyadakı bazalarından köçürülüb.

Qeyd edilir ki, 150-yə yaxın “Bradley” zirehli avtomobil və 20 ədəd M109 özüyeriyən artilleriya qurğusu da həmin bazaya göndərilib.