Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli bildirib.
O qeyd edib ki, qarşı tərəfin tələbi ilə baş tutan danışıq zamanı İsraillə HAMAS arasındakı danışıqlar prosesi və bölgədə artan gərginlik müzakirə edilib.
Nazir Fidan HAMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi və fələstinlilərə qarşı davam edən qırğın İsrailin sülhü bərqərar etmək istəmədiyinin göstəricisi olduğunu vurğulayıb.
Türkiyəli diplomat, həmçinin daimi atəşkəs üçün İsrailə təzyiq edilməli olduğunu da bildirib.