Fələstin prezidenti Mahmud Abbas Moskvaya gedib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Fələstin liderini Rusiya xarici işlər nazirinin müavini və Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov qarşılayıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin avqustun 13-də Abbasla danışıqlar aparacağı bildirilirdi.
Görüş zamanı iki dövlətin lideri bir sıra aktual məsələləri, o cümlədən ikitərəfli əməkdaşlığın gələcək inkişafı mövzularını müzakirə edəcəklər. Bundan əlavə, Yaxın Şərqdəki vəziyyət, eləcə də Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzza zolağında humanitar fəlakətlə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.