Bir neçə həftə əvvəl "Milan"la müqavilə imzalayan "Atletiko Madrid"in keçmiş futbolçusu Alvaro Morata yoldaşı Alis Kampello ilə münasibətlərinin bitdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, ulduz futbolçu bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib.

O, bildirib ki, həyat yoldaşı ilə boşanmalarına səbəb anlaşa bilməmələri olub.