Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı yeni dövlət ittihamı irəli sürülüb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş Prokurorluqdan bildirilib ki, başlanmış cinayət işi üzrə 13 nəfərə qarşı ittiham irəli sürülüb və iddia edilən cinayətdə dövlətə 350 milyon dollar ziyan vurulub.
Faktla bağlı Mikael Minasyana qarşı 76 ittiham irəli sürülüb. İttihama görə, Minasyan xüsusilə külli miqdarda dələduzluq, rüşvətxorluq, rəqabət əleyhinə fəaliyyət, çirkli pulların yuyulması və digər cinayətlər törətmək üçün cinayətkar təşkilat yaradaraq onu idarə edib.
Qeyd edək ki, Mikael Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızının əridir. 2008-2012-ci illərdə prezident aparatı rəhbərinin birinci müavini vəzifəsini tutub. 2013-2018-ci illərdə o, Ermənistanın Müqəddəs Taxt-tacdakı səfiri olub.
Ağarza Elçinoğlu