Bir neçə müddətdir gərginləşən İran-İsrail münasibətləri zəminində ABŞ-nin Türkiyədən yardım istədiyi iddia olunub.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.
Məlumatda, ABŞ-nin Türkiyənin İranı Yaxın Şərqdə artan gərginliyi azaltmağa razı salmasını istədiyi qeyd olunub.
Bildirək ki, ABŞ-nin Türkiyədəki səfiri Ceff Flake İstanbulda jurnalistlərlə görüşündə "Biz İranla əlaqələri olan bütün müttəfiqlərimizdən İranı gərginliyi azaltmağa razı salmalarını xahiş edirik, Türkiyə də bu ölkələr arasındadır", - deyə bildirib.
Zərifə Nağıyeva