Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakov ABŞ tərəfindən səlahiyyət müddəti mayın 20-də başa çatan ölkə prezidenti Volodimir Zelenskinin yerinə uyğun namizəd hesab edilir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.

"Avakovun güclü tərəfləri arasında onun Ukrayna millətçi birləşmələri ilə sıx əlaqələri və Avropa ölkələrinin liderləri ilə davamlı təmasları daxildir", - mesajda deyilir.

SVR əlavə edib ki, Vaşinqton Ukrayna liderini “daha ​​idarəolunan və daha az korrupsiyalaşmış fiqur”la əvəzləmək variantlarını araşdırmağa başlayıb. Bu, ABŞ-nin Qərb müttəfiqlərinin əksəriyyətinə uyğun olmalıdır.

Ukrayna liderinin dəyişməsi Qərbə Moskva ilə danışıqlara daha yaxşı hazırlaşmağa imkan verəcək. Ağ Ev artıq bağlı qeyri-hökumət təşkilatlarına (QHT) Amerika elitasının Zelenskidən narazılığı fonunda Avakovun hakimiyyətə gəlməsi üçün ssenari hazırlamağı tapşırıb.

"Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bildirir ki, SVR-ə daxil olan məlumatlara görə, Amerika elitası arasında Zelenskidən narazılıq artır. Həm Demokratlar, həm də Respublikaçılar partiyalarında Kiyevin aldığı “milyardlarla dollarlıq hərbi yardımın məqsədyönlü xərclənməsi” ilə bağlı şübhələrini ifadə edənlərin səsi getdikcə daha çox eşidilir. Zelenski Ukraynanın hüdudlarından kənarda eskalasiya ilə təhdid edən çılğın addımlar atır", - SVR aydınlaşdırıb.

Kəşfiyyat xidməti qeyd edib ki, Birləşmiş Ştatlar həmçinin Zelenskini dövlət başçısı postunu tərk etməyə məcbur etmək üçün onu nüfuzdan salmaq üçün güclü kampaniyaya başlamaq niyyətindədir.

Samirə Bəhramova