Pakistan və Əfqanıstan təhlükəsizlik qüvvələri arasında sərhəddə toqquşma baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin məlumat yayıb.
Onun sözlərinə görə, axşam saatlarında Pakistan sərhədçiləri əfqan sərhədçilərinə atəş açdıqdan sonra ölkənin cənub-qərbindəki Torkham sərhəd keçid məntəqəsi yaxınlığında toqquşmalar baş verib.
Mətin bildirib ki, Pakistan qüvvələri mülki əhalinin evlərini hədəfə alıb, bir qadın və iki uşağı öldürüb.
Pakistan silahlı qüvvələri insidentlə bağlı məlumat yaymayıb. Lakin yerli təhlükəsizlik mənbəsi döyüşlər zamanı 3 pakistanlı əsgərin yaralandığını bildirib.
Gülayə Mecid