Hüquq-mühafizə orqanları ilin əvvəlindən Rusiyada 110 terror aktının qarşısını alıb.
"Unikal" xəbər verir ki, bu barədə FTX-nin direktoru Aleksandr Bortnikov deyib.
"İlin əvvəlindən indiyədək 110 terror aktının qarşısı alınıb, onların hazırlanmasında düşmən tərəfindən cəlb edilmiş vətəndaşların iştirakı ilə 1050-dən çox şəxs terror cinayətlərini hazırlamaq və törətmək, terrorçuluğa bəraət qazandırmaq və təbliğ etmək, terrorçuları maliyyələşdirmək və təmin etmək məqsədilə saxlanılıb” Bortnikov açıqlamasında qeyd edib.