Kursk vilayətində vəziyyətin gərginləşdiyi zonada vəziyyət Rusiya Silahlı Qüvvələrinin nəzarətinə götürülüb, düşmən işğal etdiyi yaşayış məntəqələrindən sıxışdırılıb çıxarılır.
"Unikal" xəbər verir ki, bunu RF Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Axmat xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov deyib.
"Bu gün vəziyyət nəzarətə götürülüb, düşmənin yerləşdiyi ərazinin böyük hissəsi əhatə olunub"- o, bildirib.
Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kurks vilayətində 28 yaşayış məntəqəsini ələ keçirdiyini bildirmişdi.
Gülayə Mecid