Xəbər verdiyimiz kimi, Rusiyanın Novo-Oqaryovo şəhərində prezident Vladimir Putinin Fələstin lideri Mahmud Abbasla danışıqları başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Hər kəsə məlumdur ki, təəssüf ki, Rusiya bu gün öz maraqlarını və xalqını silahla müdafiə etməlidir, lakin Yaxın Şərqdə və Fələstində baş verənlər bizim tərəfimizdən diqqətdən kənarda qalmır. Və biz başa düşürük ki, sizinlə ümumi mövqeyimiz var ki, bu problemin kökləri uzaq keçmişə gedib çıxır və beynəlxalq təşkilatların, ilk növbədə, BMT səviyyəsində müstəqil dövlətin yaradılması ilə bağlı qəbul etdiyi qərarlara etinasız yanaşılması ilə bağlıdır", - Putin Fələstin lideri Mahmud Abbasa deyib.
O, Rusiyanın Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini hər zaman dəstəklədiyini qeyd edib.
Putinin sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi dəyişməyib: "Bu, çoxdan formalaşıb və heç bir situasiya xarakteri daşımır. Biz hesab edirik ki, regionda uzunmüddətli, etibarlı və sabit sülhün təmin edilməsi üçün BMT-nin bütün qərarlarını yerinə yetirmək və ilk növbədə tam Fələstin dövlətini yaratmaq lazımdır".
Ağarza Elçinoğlu