Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot bağlamalarında, Sədərək rayonu Dəmirçi kəndində "CAT-330" markalı ekskavatorda yanğınların baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 6300 kiloqram ot bağlaması yanıb. 7200 kiloqram ot bağlaması, sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.