ABŞ ordusu son 24 saat ərzində Qırmızı dənizdə Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) üsyançılarının iki gəmisini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti sosial şəbəkədə bildirib.

Qeyd edək ki, komandanlığın sosial şəbəkə hesabındaki açıqlamasında  “Son 24 saat ərzində CENTCOM [ABŞ Mərkəzi Komandanlığı] qüvvələri Qırmızı dənizdə İranın dəstəklədiyi iki husi gəmisini məhv edib”, ifadələrindən istifadə edilib.