Tayvan Müdafiə Nazirliyi gün ərzində Çin Hərbi Dəniz Qüvvələrinə məxsus 27 döyüş təyyarəsi və 12 gəminin ada ətrafında patrul və manevrlər apardığını qeydə alıb.

"Unikal" xəbər verir ki, bu barədə nazirlik "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Çin ordusu, güclərini nümayiş etdirmək və insanlara təzyiq göstərmək üçün adaya hər gün döyüş təyyarələri və gəmilər göndərir.

Zərifə Nağıyeva