"Rusiya prezidenti Vladimir Putinin Qərbi Avropada və hətta Almaniyada populyarlığı insanların Rusiyada dəyərləri özlərinə yaxın görməsi ilə izah olunur".
"Unikal" xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirib.
Siyasətçi qeyd edib ki, almanlar nə Birinci, nə İkinci Dünya Müharibəsində, nə də ondan sonra rusları heç vaxt sevməyiblər, lakin indi Rusiyaya rəğbət bəsləyənlərin sayı artıb. Vulin bildirib ki, Rusiya yenilməzliyini nümayiş etdirsə, Avropa ilə münaqişədən qaça bilər.
Siyasətçinin sözlərinə görə, indi Avropada əhval-ruhiyyə Birinci Dünya Müharibəsindən əvvəlki atmosferi xatırladır, yalnız bundan sonra serbofobiya, indi isə rusofobiya yayılıb.
Gülayə Mecid